IslamTimes - Pakistanda keçmiş Pəncab Əyaləti qubernatoru Salman Tasirini "İslam dinini qoruyan qanunlara müxalif olduğu" ittihamı ilə öldürən mühafizəçisi Mümtaz Qədirinin edam edilməsindən sonra İslamabad və Ravalpindidə təhlükəsizlik tədbirləri artırılıb, məktəblər tətil edilib.